Sosial şəbəkədə biz:

Bakıda toyda kütləvi zəhərlənmə: Müğənnilər də xəstəxanalıq oldular

Bakıda toyda kütləvi zəhərlənmə baş verib.

"Teleqraf" xəbər verir ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, general Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.

Mərasim zamanı zəhərlənən 21 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Zəhərlənənlər arasında qonaqlarla yanaşı, toyda çıxış edən müğənnilərin də olduğu qeyd olunur.

İlkin ehtimallara görə, zəhərlənməyə səbəb qida məhsulları olub.

Faktla bağlı araşdırma aparılır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol