Sosial şəbəkədə biz:

Dərman vasitələrinin ölkəyə gətirilməsi qaydaları açıqlanıb

"Dərman vasitələrinin ölkədən aparılması, yaxud ölkəyə gətirilməsi qaydası 305 saylı qərara əsasən tənzimlənir".

Bu sözləri Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş idarəsinin fiziki şəxslər üzrə iş şöbəsinin rəisi İlkin Hüseynzadə keçirilən "Rəqəmsal gömrük və media" mövzusunda seminarda dilə gətirib.

"Qərarın müvafiq bəndində qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan dərmanlar istisna olmaqla şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələri güzəştli qaydada gömrükdən keçirilə bilər", - o bildirib.

İlkin Hüseynzadə həmçinin diqqətə çatdırıb ki, gömrükdən keçirilən aksizli malların siyahısı Vergi Məcəlləsi ilə tənzimlənir. Şöbə rəisi, eyni zamanda, vətəndaşın ay ərzində şəxsi istifadə məqsədilə 30 kiloqram qarışıq ərzağı da ödəniş etdirmədən gömrükdən keçirə biləcəyini vurğulayıb.

AzVision.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol