Sosial şəbəkədə biz:

Tanınmış ekspert Anar Rzayevin rəhbərlik etdiyi qurumu məhkəməyə verir – “Cəriməni haranızdan uydurub çıxardınız?”

İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını kefi istəyən kimi xərcləyən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sizdən mesaj aldım, bugünkü tarixdir, avtomobili heç yerdə saxlamamışam, evdən çıxıb ofisə gəlib, ofisin qarşısında maşını park etmişəm, ofisin qarşısı binaya aiddir, şlaqbaumla daxil olmaq olur - maşın 7 saatdır ofisin qarşısındadır, yaxşı, siz bu cəriməni haranızdan uydurub-çıxardınız?

Bunu ekspert Natiq Cəfərli bildirib.

“Çağrı mərkəzinizə zəng etdim, 4 dəqiqə gözlətdiniz, sonra qapatdınız. Sizi məhkəməyə verəcəyəm, yetər artıq, insanları zinhara gətirmisiniz!” – o qeyd edib.

Qeyd: AYNA-nın rəhbəri Anar Rzayevdir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol