Sosial şəbəkədə biz:

Xaricdən 8 manata gətirilən təbii bal marketlərdə 38 manata satılır

Bu ilin yanvar-fevral aylarında xaricdən Azərbaycana 196 min dollar dəyərində 41 ton təbii bal gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən idxal olunan təbii balın 1 kiloqramının orta gömrük dəyəri isə 8,1 manat (4,8 dollar) olub.
Qeyd edək ki, idxal olunan təbii balın 90%-i və ya 36,9 tonu 3 ölkənin – Ukrayna, Rusiya və Türkiyənin payına düşüb. Ukraynadan 20,2 ton, Rusiyadan 9,2 ton, Türkiyədən isə 7,5 ton təbii bal gətirilib.
Ukrayna və Rusiyadan idxal olunan təbii balın 1 kiloqramının gömrük dəyəri 8,5 manat (5 dollar), Türkiyədən idxal olunan təbii balın 1 kiloqramının gömrük dəyəri isə 4,7 manat (2,8 dollar) olub.
Məlumat üçün bildirək ki, bu ilin mart ayında idxal olunan təbii balın 1 kiloqramının orta satış qiyməti marketlərdə 38 manat olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol