Sosial şəbəkədə biz:

Uşağa pul göstərib sonra oğurlayıbmış (VİDEO)

Ötən gün 57 yaşlı 1-ci Qarabağ müharibəsi qazisi Telman Omarov Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilən toy mərasimindən 2 yaşlı qız uşağını qaçırıb.

Telman Omarov uşağı günorta saatlarından izləyirmiş.

Azyaşlının nənəsinin sözlərinə görə, uşağın itdiyini görəndə düşünüblər ki, yaxınlıqdakı arxa düşüb:

"Maşının yanında durub gözləyirmiş. Uşaq həyətə çıxanda ona 1 manat uzadıb. Uşaq əlini pula uzadanda götürüb maşına qoyub. Evin hər iki tərəfində arx var. Əvvəl elə bildik arxa düşüb. Sonra öyrəndik ki, Telman uşağı qaçırıb”.

Qeyd edək ki, T.Omarov uşağı almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb.

Sərxoş vəziyyətdə olan kişi polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq valideynlərinə təhvil verilib.

Ətraflı İctimai TV-nin süjetində:

https://www.youtube.com/embed/Tva_snG82xE


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol