Sosial şəbəkədə biz:

İcra başçısı musiqi müəllimini özünə müavin təyin edib

Şəki şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.
Banker.az xəbər verir ki, RİH başçısı Elxan Usubovun əmri ilə Töhrablı Xəyalə Töhrab qızı başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.
Bildirilir ki, bu təyinatadək Töhrablı Xəyalə Töhrab qızı Şəki şəhər Uşaq İncəsənət məktəbinə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Bildirilir ki, o, ixtisasca musiqi müəllimidir.
Qeyd edək ki, İcra Hakimiyyətinin rəsmi saytında “struktur” bölməsində də X. Töhrablının adı başçının müavinləri sırasında qeyd olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol