Sosial şəbəkədə biz:

Turizm Agentliyi xarici jurnalistləri 1,8 milyona Azərbaycana gətirəcək

Dövlət Turizm Agentliyi xarici jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin Azərbaycana tanışlıq səfərlərini təşkil edəcək.
Agentlik bu məqsədələ 3 tender müsabiqəsi elan edib.
Dövlət Turizm Agentliyi:
Türkiyədən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin və ölkəmizdə işgüzar tədbirlərin təşkili xidmətlərinin satın alınması üçün 444 min 926 manat 67 qəpik;
Avropadan və Birləşmiş Krallıqdan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması üçün 537 min 861 manat 70 qəpik;
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması üçün isə 847 min 319 manat 6 qəpik vəsait ayırıb.
Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol