Sosial şəbəkədə biz:

Bu il qidadan nə qədər insan zəhərlənib?

23 April 2025, 08:27
Gündəm

Cari ilin əvvəlindən bu günədək Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qida toksikoinfeksiyası şübhəsi ilə 503 nəfər qəbul edilib.

Bu barədə Bakupost.az-a Kliniki Tibbi Mərkəzdən bildirilib.

Zəhərlənən şəxslərdən 8 nəfər botulizm səbəbi ilə Toksikologiya şöbəsinə yerləşdirilib, stasionar müalicələri aparılıb. Ölüm halı qeydə alınmayıb.

Qəbul edilən şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərildikdən sonra evə buraxılıb.