Sosial şəbəkədə biz:

Sədr əvəzi: “Azəristiliktəchizat” subsidiya ilə işləyir, bizdə tariflər aşağıdır

“Azəristiliktəchizat” bu gün subsidiya ilə işləyir, sirr deyil ki, bizdə tariflər aşağıdır”.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev deyib.

O bildirib ki, bu gün subsidiyanın mərhələli şəkildə azaldılması istiqamətində addımlar atılır: “2023-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi qərarla yaşayış sahəsi ümumi sahə ilə əvəzlənib. Bu addım gəlirlərin müəyyən qədər artmasına imkan verib, belə ki, bu qərar bizə təxminən 2 milyona yaxın əlavə gəlir gətirdi. 2025-ci il yanvarın 1-dən tariflər 30 qəpik civarında müəyyən olunub. Bu da gəlirlərin iki dəfə artımı deməkdir. İstənilən istilik təchizatı obyektinin “Azəristiliktəchizat”ın balansına verilməsi əlavə xərc olmaqla yanaşı, əlavə subsidiya da tələb edir".

APA


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol