Sosial şəbəkədə biz:

Hərbçimizin meyiti kanaldan tapıldı - Fotolar

24 April 2025, 08:15
Gündəm

Ötən gün Bərdə rayonu Lənbəran kənd sakini 1983-cü il təvəllüdlü Hafiz Zülfüqarovun meyiti Qarabağ suvarma kanalından tapılıb.

“Unikal” xəbər verir ki, H.Zülfüqarov Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub.

O, gizir rütbəsində xidmət edirdi.

İlkin məlumata görə, H.Zülfüqarov ürəktutmadan vəfat edib. Daha sonra Qarabağ suvarma kanalına düşüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.