Sosial şəbəkədə biz:

Binəqədi İcra hakimiyyəti fövqəladə iş rejiminə keçib

Yanan binanın sakinlərinə dövlət vəsaitinin verilməsinə başlanılıb. Bunu Moderator.az açıqlamasında Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, yanğında zərərçəkənlərlə bağlı Binəqədi rayonunda Qərargah yaradılıb və yanğının fəsadlarının aradan qaldırıması istiqamətində təxirəsalınmaz tədbirlər görülür: “Hazırda hadisədən zərərçəkənlərə yardım edilir. Prezidentin tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyəti bütün yas xərclərini ödəyəcək. Dövlət tərəfindən ayrılan 1000 manat vəsait hazırda zərərçəkənlərə verilir.” N. Allahyarova onu da bildirdi ki, İcra Hakimiyyətinə evi yanan insanları müvəqqəti evlə təmin edəcək və bununla bağlı İcra Hakimiyyətinə xüsusi tapşırıq verilib. N. Allahyarova onu da bildirdi ki, by gün səhər satlarında ölkə başçısı yanğın baş verən ərazidə olub və fəsadların aradan qaldırılması, vətəndalara hərətərəfli yardımların göstərilməsi ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə xüsusi göstəriş verib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol