Əvəz Zeynallı ilə bağlı məhkəmə qərarı: Tibbi müayinə aparılacaq
"Xural” TV-nin həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəməsi keçirilib.
Vəkil Rəşad Əliyev Əvəz Zeynallının vəziyyətinin kritik olduğunu bildirib.
Əvəz Zeynallı deyib ki, azadlığa buraxılması ilə bağlı sürətli və operativ qərar verilməsini istəyir.
Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə onun xəstəliyinin yoxlanılması üçün tibbi şəhadətləndirilməyə göndərilməsi ilə bağlı qərar qəbul edilib.