Sosial şəbəkədə biz:

Özəl bankların qeyri-faiz gəlirlərinin 69%-i 2 bankın payına düşüb

Bu ilin ilk rübünün yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bank arasında ən yüksək qeyri-faiz gəliri əldə edən bank “Kapital Bank” ASC olub.
Bu ilin ilk rübündə “Kapital Bank” tərəfindən əldə olunan qeyri-faiz gəlirləri 139,3 milyon manat olub.
Qeyd edək ki, bu ilin ilk rübündə banklar ümumilikdə 420,8 milyon manat qeyri-faiz gəliri əldə ediblər. Bu məbləğin 334,9 milyon manatı özəl bankların payına düşüb. Özəl bankların əldə etdiyi qeyri-faiz gəlirlərinin isə 68,9%-i və ya 230,8 milyon manatı 2 bankın – “Kapital Bank” ASC və “Paşa Bank” ASC-nin payına düşüb.
Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalı 265,8 milyon manat olan “Kapital Bank”ın səhmlərinin 81,08%-i “Paşa Holdinq”ə, 7,52%-i “Paşa Sığorta” ASC-yə, 11,4%-i isə digər hüquqi və fiziki şəxslərə aiddir.
Nizamnamə kapitalı 354,5 milyon manat olan “Paşa Bank”ın səhmlərinin 56,8%-i “Paşa Holdinq”ə, 28,2%-i “Bless” MMC-yə, 15%-i isə fiziki şəxslərə aiddir.
Cədvəldə bankların qeyri-faiz gəlirləri göstərilib:

Onu da bildirək ki, bu ilin ilk rübündə bankların faiz gəlirləri qeyri-faiz gəlirlərindən 2,7 dəfə çox – 1 milyard 131,9 milyon manat olub. Özəl bankların fazi gəlirləri isə 841,9 milyon manat olub və bunun da 45,4%-i (382,4 milyon manat) “Kapital Bank” ilə “Paşa Bank”ın payına düşüb. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol