Sosial şəbəkədə biz:

“Traktor”dan dramatik qələbə

26 April 2025, 00:53
Gündəm

Futbol üzrə İran çempionatında 22-ci turdan təxirə salınmış matç keçirilib.

Lider “Traktor” səfərdə “Foolad”ın qonağı olub.

Qarşılaşma Təbriz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Maraqlıdır ki, matçın 90+20-ci dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdirib - 1:1. 90+23-cü dəqiqədə isə güneylilər qələbə topunu vurub.

Xallarını 61-ə yüksəldən “Traktor” liderliyini davam etdirir. 2-ci pillədə olan “Sepahan”ın 56 xalı var.

Qeyd edək ki, İran çempionatında mövsümün bitməsinə 3 tur qalıb.