Sahibə Qafarova Papanın dəfnində – Fotolar
Milli Məclisin sədri Sahibə Qafarova Roma Papası Fransiskin dəfn mərasimində iştirak edib.
Dünən Vatikanda Müqəddəs Pyotr meydanında baş tutan mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
Spiker Sahibə Qafarova Müqəddəs Taxt-Tacın Dövlət Katibi, Kardinal Pietro Parolin və Müqəddəs Taxt Taçın Arxiepiskopu Paul Qalager ilə görüşərək, Azərbaycan Respublikasının Prezindenti İlham Əliyev adından başsağlığını çatdırıb.


