Sosial şəbəkədə biz:

“Yatanda da fikir çəkirik ki, sel aparacaq” - VİDEO

28 April 2025, 01:40
Gündəm

Son günlər yağan leysan yağışlar və sel suları Xaçmaz rayonunda torpaq sürüşməsinə səbəb olub. Belə ki, Qudyalçayına gələn sel suları şəhərin Fətəli xan Xoyski küçəsinin bir hissəsini yuyub, yol yararsız vəziyyətə düşüb.

Sakinlər sel təhlükəsinin hələ də davam etdiyini və bu vəziyyətin ciddi narahatlıq doğurduğunu bildiriblər:

“Yatanda da fikir çəkirik. Adam qorxur ki, sel aparacaq. Sel suları getdikcə yaxınlaşır”.

https://www.youtube.com/watch?v=p-DUFC-n4pc