Sosial şəbəkədə biz:

"Liverpul" 20-ci dəfə İngiltərə çempionu olub

İngiltərə Premyer Liqasının XXXIV turunda "Liverpul" ölkə çempionluğunu rəsmiləşdirib.

"Report" xəbər verir ki, "Enfild"də “Tottenhem”lə qarşılaşan mersisaydlılar 5:1 hesabı ilə qalib gələrək sona 4 tur qalmış qızıl medalları təmin ediblər.

Meydan sahiblərinin qollarını Luis Dias (16), Aleksis Makallister (24), Kodi Qakpo (34), Məhəmməd Salah (63) və Destini Udodci (69-avtoqol) vurub. Qonaqların yeganə dəqiq zərbəsi isə Dominik Solankenin (12) aktivinə yazılıb.

Bu nəticənin ardından xallarının sayını 82-yə çatdıran Arne Slotun rəhbərlik etdiyi kollektiv 20-ci dəfə çempionluq tituluna yiyələnərək, "Mançester Yunayted"in uğurunu təkrarlayıb. "Enfild"də “Tottenhem”lə qarşılaşan mersisaydlılar 5:1 hesabı ilə qalib gələrək sona 4 tur qalmış qızıl medalları təmin ediblər.

Meydan sahiblərinin qollarını Luis Dias (16), Aleksis Makallister (24), Kodi Qakpo (34), Məhəmməd Salah (63) və Destini Udodci (69-avtoqol) vurub. Qonaqların yeganə dəqiq zərbəsi isə Dominik Solankenin (12) aktivinə yazılıb.

Bu nəticənin ardından xallarının sayını 82-yə çatdıran Arne Slotun rəhbərlik etdiyi kollektiv 20-ci dəfə çempionluq tituluna yiyələnərək, "Mançester Yunayted"in uğurunu təkrarlayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol