Sosial şəbəkədə biz:

Məsud Pezeşkian: Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Bunu İran prezident Məsud Pezeşkian İran və Azərbaycan nümayəndə heyətlərinin birgə görüşündə bildirib.

"Ümid edirəm ki, bizim mövcudluğumuz və ekspertlərimiz arasında artıq keçirilmiş görüşlərlə mütləq imzalanacaq sazişlər Azərbaycanla münasibətlərimizdə daha böyük addımlar üçün hərəkatın başlanğıcı olacaq", - deyə o vurğulayıb.

Məsud Pezeşkian sözünə belə davam edib: "Qarabağ Azərbaycan ərazisinin ayrılmaz hissəsidir. Qarabağ Azərbaycana məxsus olmalıdır və biz buna hörmətlə yanaşırıq".

"Təbii ki, bizim burada olmağımız və burada olan əzizlərimizin mövcudluğu aramızda olan əlaqənin, birliyin, həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəkdir".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol