Sosial şəbəkədə biz:

Bu il otellərdəki yerlərin 80%-dən çoxu boş qalıb

Bu ilin ilk 3 ayı ərzində otel və otel tipli obyektlərdə keçirilən gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% artaraq 868,3 min olub.
Gecələmələrin ümumi sayının 58,2%-i Bakıda, 10%-i Qusarda, 5,4%-i Qəbələdə, 4,8%-i Şabranda, 4,3%-i Naftalanda, 3,1%-i Qubada, 2,6%-i Lənkəranda, 1,5%-i Şamaxıda, 1%-i Ağdamda, 1%-i Naxçıvanda, 1%-i Şuşada və 7,1%-i digər şəhər və rayonlardakı otellərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-mart ayları ilə  müqayisədə 11,9% artaraq 484,9 min olub ki, bu da ümumi gecələmələrin 55,8%-ini təşkil edir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,5%-i Bakıda, 12,7%-i Qusarda, 3,5%-i Naftalanda, 2,7%-i Qəbələdə, 1,8%-i Qubada, 0,4%-i Şamaxıda, 1,4%-i isə digər şəhər və rayonlardakı otellərdə qeydə alınıb.
2025-ci ilin yanvar-mart aylarında otellərin gəlirləri 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 12,1% artaraq 125,1 milyon manat olub ki, onun da 58,6%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28%-i ictimai iaşə xidmətlərindən, 3,1%-i müalicə və sağlamlıq xidmətlərindən, 10,3%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Bu ilin yanvar-mart aylarında otel və otel tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 19,3% olub (2024-cü ilin yanvar-mart aylarında 17,8%). Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol