Sosial şəbəkədə biz:

Azərbaycanda 41 vəzifəli şəxs axtarışa verildi

15 July 2016, 14:23
Gündəm
Azərbaycanda 41 vəzifəli şəxs barəsində axtarış elan edilib. APA-nın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, həmin şəxslərin 12-si yerli, 29-u beynəlxalq axtarışa verilib. Bu il axtarışda olanlardan 9-u daxili işlər orqanları tərəfindən tutularaq istintaqa təhvil verilib.