Sosial şəbəkədə biz:

Dövlət Agentliyi 137 600 manata iki ədəd xidməti minik avtomobili alır

30 April 2025, 00:15
Gündəm

“Enerji Məsələlərini Tənzimləmə Agentliyi” 2 ədəd sedan tipli minik avtomobili satın alacaq.

Bununla bağlı Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmova məxsus olduğu deyilən“Toyota Abşeron Center” MMC (VÖEN: 3101648411) şirkəti ilə satınalma müqaviləsi imzalanıb.

Dövlət satınalmalarının vahid internet portalında qeyd edilən müqaviləyə görə, agentlik “Toyota Abşeron Center” MMC-dən 137 600 manata iki ədəd sedan tipli xidməti minik avtomobili alacaq.

“Toyota Abşeron Center” şirkəti Azərbaycanda Toyotanın “Corolla, Camry, Toyota C-HR, RAV4, Highlander, Land Cruiser, Fortuner, Hilux, Yaris Cross və Proace City” avtomobil modellərinin rəsmi idxalçısıdır.