Sosial şəbəkədə biz:

Azərbaycanda 1 milyondan çox ev kanalizasiya xəttinə qoşulmayıb – Rəsmi

Ötən il Azərbaycanda ev təsərrüfatlarının (ailələrin) sayı təxminən 2 milyon 434 min olub.
Ev təsərrüfatının 44,4%-i və ya 1 milyon 81 min ev mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmayıb.
Qeyd edək ki, şəhər yerində evlərin 13,5%-i, kənd yerlərində isə evlərin 82,9%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmayıb.
Bu sahədə ən yaxşı göstərici Bakı və Abşeron-Xızı iqtisadi rayonlarında (Abşeron, Xızı rayonları və Sumqayıt şəhəri) qeydə alınıb. Abşeron-Xızı iqtisadi rayonunda mövcud olan evlərin hamısı, Bakı şəhərində isə 92,9%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulub.
Ən aşağı göstərici isə Lənkəran-Astara iqtisadi rayonunda (Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayonları) qeydə alınıb. Bu iqtisadi rayonda evlərin cəmi 9,3%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulub. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol