Sosial şəbəkədə biz:

6 məktəbdə I sinifə qəbul müsabiqəsi ləğv edilə bilər

01 May 2025, 16:40
Gündəm

Daha 6 məktəbdə I sinifə qəbul üzrə müsabiqə mərhələsi ləğv edilə bilər.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyində I sinifə qəbul üzrə müsabiqənin keçirilib-keçirilməməsi müraciət sayına əsasən qərarlaşdırılacaq.