Sosial şəbəkədə biz:

Bakıda güclü küləyin fəsadları hələ də sakinləri narahat edir - Video

Paytaxtın Xətai rayonu, Nəsirəddin Tusi küçəsində güclü külək ağacları aşırıb.

Fəsadlar təkcə bununla yekunlaşmayıb. Ağaclar naqillərin üzərinə aşdığından vəziyyət daha da təhlükəli hal alıb.

"Kabellərin hamısı qırılıb tökülüb yerə. Yaşıllaşdırma İdarəsindən qaldırıcı kran olmadan iki fəhlə gəlib, nə iş görəcəklər, bilmirəm", - sakinlərdən biri narazılığını bildirib.

"Ərazidə çoxlu sayda belə ağac var. Yenidən güclü külək olsa, onlar da aşacaq, vətəndaşlar üçün təhlükə yaranacaq", - başqa bir sakin söyləyib.

Ətraflı Baku TV-nin süjetində:

https://www.youtube.com/embed/glQwNg_yt28


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol