Sosial şəbəkədə biz:

Azərbaycanda apreldə kartlardan yarım milyondan çox pulu oğurlanıb

Aprel ayı ərzində vətəndaşların bank kartlarından ümumən 581 min manatdan çox pul kiber üsullarla oğurlanıb.

Bu barədə məlumatı günlük olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Ən yüksək məbləğdə pulun oğlandığı gün aprelin 9-da qeydə alınıb. Həmin gün vətəndaşların bank kartlarından 87 min manatdan çox pul oğurlanıb. 

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol