Sosial şəbəkədə biz:

“Traktor” tarixində ilk dəfə İran çempionu oldu

03 May 2025, 11:15
Gündəm

Futbol üzrə İran çempionatında çempionun adına aydınlıq gəlib.

Təbriz təmilçisi “Traktor” 55 illik tarixində ilk dəfə İran çempionatının qalibi olub.

XXVIII tur çərçivəsində "Şəms Azər"lə qarşılaşan komanda rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb.

Bu qələbə nəticəsində xallarının sayını 64-ə çatdıran "qırmızı qurdlar" ən yaxın izləyicisi "Sepahan"ı 8 xal qabaqlayaraq sona 2 tur qalmış çempionluqlarını rəsmiləşdiriblər.