Sosial şəbəkədə biz:

Mingəçevirdə təhlükəli canlılar peyda oldu: 60 ailə təhlükədə - VİDEO

Sakinlər yaşadıqları binada ilanların olduğunu bildirirlər.

İddialara görə, gürzə ilanı binadan çıxan qadına hücum edib və məhv edilib.

Mingəçevir şəhəri M. Ə. Sabir küçəsi 3 ünvanında yaşan sakinlərin sözlərinə görə, ilk dəfə belə halla rastlaşsalar da azyaşlı uşaqlarına görə narahatdılar. Çünkü həyətə çıxan zaman sürünənlər onlara zərər yetirə bilər.

Şikayətçilər sürünənlərin binaya daha çox yaxınlıqdakı sahibsiz evlərdən, məhlələrdən gəldiyini deyirlər. İlanların qarajların görünməyən yerlərində yumurta qoyaraq artdığı da iddia edilir.

Mingəçevir Dezinfeksiya Stansiyasından "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşlar tərəfindən onlara müraciət edilib. Amma həmin işlər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən həyata keçirilməlidir. Sözügedən qurumdan isə sakinlərin müraciətindən sonra dərmanlama işlərinin görüldüyü bildirildi.

Daha ətraflı videomaterialı təqdim edirik:

https://www.youtube.com/watch?v=QJk5ScW1HJ0


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol