Sosial şəbəkədə biz:

Şuşada ən çox hansı ölkələrdən gələn turistlər qalıb? – Siyahı

Bu ilin yanvar-mart ayları ərzində xarici ölkələrdən Azərbaycana gələn turistlər Şuşada 102 gecə keçiriblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbi turistlər arasında ən çox Türkiyə vətəndaşları Şuşa şəhərində gecələyiblər.
Bu ilin ilk 3 ayında Türkiyə vətəndaşları Şuşada 50 gecə keçiriblər. Ən az gecə keçirənlər isə Pakistan vətəndaşları olub – cəmi 3 gecə.
Qeyd edək ki, əcnəbi turistlərin Şuşa şəhərində keçirdiyi gecələmələrin ölkələr üzrə sayı aşağıdakı kimi olub:
Türkiyə – 50 gecə;
Qazaxıstan – 12 gecə;
Ukrayna – 9 gecə;
Rusiya – 7 gecə;
Gürcüstan – 6 gecə;
Pakistan – 3 gecə;
Digər ölkələr – 15 gecə.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol