Sosial şəbəkədə biz:

“AZAL İsrailə uçuşları dayandırıb” – “The Jerusalem Post”

Husilərin İsrailə raket hücumu nəticəsində Ben-Qurion hava limanı yaxınlığında təhlükəli vəziyyətin yaranması bir çox beynəlxalq aviaşirkətlərin Tel-Əvivə planlaşdırılmış uçuşları təxirə salmasına səbəb olub.
“The Jerusalem Post” nəşriyazır ki, hadisədən sonra bazar günü ərzində İsrailə olan reyslər 24 saatlıq dayandırılıb.
Bildirilir ki, Almaniyanın “Lufthansa” Qrupu, o cümlədən onun törəmə şirkətləri olan “Swiss” (İsveçrə), “Brussels Airlines” (Brüssel Hava Yolları) və digər aviaşirkətlər uçuşların müvəqqəti olaraq ləğv edildiyini elan ediblər.
İsrailə uçuşları yeni bərpa etmiş ABŞ-ın “United Airlines” və “Delta Airlines” şirkətləri, Fransanın “Transavia” və onun ana şirkəti “Air France”, eləcə də “Air Canada”, Yaponiyanın “All Nippon Airways”, İspaniyanın “Air Europa” və Böyük Britaniyanın “British Airways” aviaşirkətləri də oxşar qərar qəbul edərək reysləri ləğv ediblər.
Büdcə aviaşirkəti “Wizz Air” İsrailə uçuşların çərşənbə axşamı səhərə qədər dayandırıldığını bildirib.
Bundan başqa, İspaniyanın “İberia” və Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” (AZAL) da Tel-Əviv istiqamətindəki reyslərini müvəqqəti olaraq ləğv edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol