Sosial şəbəkədə biz:

Sakinlər şikayət etdi: Avtobusun əvəzinə "Qazel" verdilər - FOTOLAR

Paytaxt sakinləri 158 saylı avtobus marşrutunda yaranan sərnişin sıxlığından narazıdır.

Gündəlik istifadəçilər bildirirlər ki, pik saatlarda avtobuslara minmək mümkünsüzdür, nəqliyyat vasitələrinin sayı və növü tələbatı ödəmir.

Sakinlər Milli.Az-a açıqlamasında qeyd edirlər ki, avtobus "Qazel" marakalı daha kiçik həcmli avtomobillə əvəz edilib.  

Əhali bu avtobusun daha böyük versiyasını gözləyərkən qarşılaşdıqları mənzərə onları təəccübləndirib. 

Məsələ ilə bağlı AYNA-dan Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə 158 nömrəli marşrut xətti üzrə müsabiqə keçirilib və mayın 1-dən yeni daşıyıcı müasir və komfortlu avtobuslarla sərnişinlərə xidmət göstərir. 

Xocəsən qəsəbəsini "Memar Əcəmi" metrostansiyası ilə əlaqələndirən marşrut xətti üzrə gündəlik 8 avtobus 10 deqiqə intervalla fəaliyyət göstərir.

AYNA tərəfindən təhlillər aparılacaq və sərnişin tələbatı yaranacağı təqdirdə, daşıyıcıya xəttə əlavə avtobusların cəlb edilməsi tapşırılacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol