Sosial şəbəkədə biz:

Naxçıvanın yeni iqtisadiyyat naziri kimdir? – Dosye

Xəbər verdiyimiz kimi Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının yeni iqtisadiyyat naziri təyin olunub.
Kazım Hüseynəliyev 1987-ci ildə Naxçıvan şəhərində anadan olub.
Orta məktəbi Naxçıvan 12 nömrəli tam orta məktəbdə oxuyub.
Azərbaycan Dövlət Neft Akademiyasında “Menecment və strateji idarəetmə” ixtisası üzrə bitirib.
2012-ci ildə əmək fəaliyyətinə başlayıb. İqtisadiyyat Nazirliyində aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdiri vəzifəsində işləyib.
2024-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təqdimatı ilə 5 may 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 6-da keçirilən növbəti sessiyasında Kazım Hüseynəliyevin iqtisadiyyat naziri vəzifəsinə təyin olunması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı verilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol