Sosial şəbəkədə biz:

Pakistan Hindistana məxsus 12 PUA-nı məhv edib

08 May 2025, 15:42
Gündəm

Pakistan Ordusu Hindistana məxsus 12 “Harop” tipli silahlı pilotsuz uçuş aparatını məhv edib.

Bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri, general-leytenant Əhməd Şərif Çaudhri məlumat verib.

O, Hindistanın gecə saatlarından başlayaraq Pakistanın müxtəlif bölgələrinə “Harop” PUA-ları göndərdiyini bildirib və bu addımı açıq-aşkar hərbi təcavüz kimi qiymətləndirib. Generalın sözlərinə görə, Pakistan Ordusu yüksək hazırlıq vəziyyətindədir və göndərilən bütün PUA-lar artıq zərərsizləşdirilib.