Sosial şəbəkədə biz:

"Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək" - Ərdoğan

Türkiyə bütün maneələri dəf edib, bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qrup nazir və deputatla görüşündə deyib.

Onun sözlərinə görə, bundan sonra bütün Türkiyə üçün yeni dövr başlayacaq: "Bu mənada, siyasətin üzərinə böyük iş düşəcək. Bu prosesdən siyasi olaraq faydalanmaq istəyənlər ola bilər, buna hazır olmalıyıq. Bizi asan proses gözləmir. Bu məsələdə sizə güvənirəm".

Prezident görüşdə İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı maliyyə cinayətlərinin araşdırılmasına da toxunub: "Bizim vəzifəmiz məhkəmənin öz işini görməsini təmin etməkdir".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol