Sosial şəbəkədə biz:

“Evi özüm yandırdım ki, arvadıma, oğluma qalmasın” - Video

10 May 2025, 07:46
Gündəm

Sumqayıtda 52-ci məhəllədə fərdi yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində altıotaqlı evin 1-ci mərtəbəsində 4 ədəd soyuducu, ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və taxta materiallar yanıb. 

Ev sahibi Zakir Qasımovun sözlərinə görə, evi özü yandırıb: “İstəmirəm ki, ev arvadıma, oğluma qalsın. 10 ildir ki, aramızda söz-söhbət var”.

https://www.youtube.com/watch?v=v-sQ5fpPXi8