Sosial şəbəkədə biz:

Çempionlar Liqasının final matçını idarə edəcək hakimlər açıqlanıb

UEFA Çempionlar Liqasında Fransanın PSJ və İtaliyanın "İnter" klubları arasında keçiriləcək final oyununu idarə edəcək hakimlər açıqlanıb.

Qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Referi İştvan Kovaça Mixay Marika və Ferens Tunyoqi kömək edəcəklər.

Dördüncü hakim funksiyasını portuqaliyalı Yuan Pineyru yerinə yetirəcək. Niderlandlı Dennis Hiqler və rumıniyalı köməkçisi Katalin Popa isə VAR hakimi olacaqlar.

Qeyd edək ki, görüş mayın 31-də Almaniyanın Münxen şəhərində oynanılacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol