Sosial şəbəkədə biz:

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-nin tenderi ləğv edildi

13 May 2025, 14:16
Gündəm

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mətbəə məhsullarının alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

Qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Dəyəri 326 117 AZN olan tenderdə təkliflər əsas şərtlər toplusuna uyğun olmayıb.

Qeyd: QSC-nin sədri Sahil Tahirlidir.