Sosial şəbəkədə biz:

"Şərurlu İsfəndiyar" məhkəməyə gəldi - FOTO

Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilir.

Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baş tutacaq prosesə İsfəndiyar Axundov gəlib.

Xatırladaq ki, ötən prosesdə qarşı tərəfin vəkili İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı vəsatət vermişdi. Məhkəmə vəsatətin baxılmamış saxlanılması ilə bağlı qərar qəbul etmişdi.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. APA

"Şərurlu İsfəndiyar" məhkəməyə gəldi - FOTO


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol