Sosial şəbəkədə biz:

İcra başçısının jurnalist müavini vəzifəsindən AZAD EDİLDİ

14 May 2025, 15:52
Gündəm

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.

Bu barədə Ruslan Eldaroğlu özü məlumat yayıb.

O, səhhəti ilə əlaqədar öz ərizəsi ilə aprelin 1-dən İmişli RİH başçısının müavini - Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən azad olunduğunu bildirib.

Qeyd edək ki, Ruslan Məmmədov 2024-cü ilin may ayında İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini-Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu. O, ANS TV, AVTO FM, ARB TV kimi kanallarda çalışıb.