Sosial şəbəkədə biz:

Ölənlərin sayı yeni doğulanlardan 3 dəfə çoxdur – Ukrayna demoqrafik fəlakət yaşayır

Ukraynada demoqrafik vəziyyət müstəqillik illərinin əvvəlindən də çətin idi, lakin Covid və müharibə mənfi tendensiyanın daha da güclənməsinə səbəb oldu.

Bunu yerli mətbuata açıqlamasında Ukrayna Demoqrafiya İnstitutunun aparıcı elmi işçisi Svetlana Aksyonova deyib. Mütəxəssis qeyd edib ki, ölkədə demoqrafik vəziyyət fəlakətli hal alıb. Belə ki, artıq 2024-cü ildə Ukraynada ölənlərin sayı yeni doğulanların sayını 3 dəfə üstələyib.

Onun dediyi kimi, Ukraynanın müstəqilliyi dövründə demoqrafik problemlər onu daim müşayiət edib və hələ 1991-ci ildən ölümün doğumu üstələməsi müşahidə olunub: “Lakin 90-cı illərin əvvəllərində bu nisbət cüzi idisə, artıq 2000 və 2001-ci illərdə ölənlərin sayı doğulanların sayını 2 dəfə üstələyib”.

Eyni zamanda, o qeyd edib ki, Rusiyanın işğalçılıq müharibəsi doğum sayını azaldıb, ölümləri isə artırıb. Həmçinin, Aksyonova hesab edir ki, bu statistika aparılarkən, müharibədə itkin düşənlər nəzərə alınmayıb. Onlar da hesablansa, ölənlərin yeni doğulanlara nisbəti daha da artar.

Mütəxəssis deyib ki, müharibənin başa çatması ilə uşaq sahibi olmağı təxirə salan ailələrin arzularını reallaşdıracağına və göstəricilərin artacağına ümid var. Ancaq çox şey Ukrayna iqtisadiyyatının necə bərpa olunacağından və xaricdən nə qədər ukraynalının qayıtmasından asılı olacaq.

“AzPolitika.info”


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol