Sosial şəbəkədə biz:

AMİP RƏHBƏRLİYİ BRÜSSELDƏ SƏFƏRDƏDİR

Azərbaycan Milli İstiqlal partiyasının sədri Arzuxan Əlizadə, sədrin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev və AMİP Qadınlar Təşkilatının sədr müavini İlhamə Əliyeva Beynəlxalq Demokrat İttifaqının “BDİ-2005” Forumunda iştirak etmək üçün Brüsseldə səfərdədirlər.
Forumda dünyanın sağ mərkəz partiyalarının rəhbərləri, keçmiş və hazırkı hökumət və dövlət başçıları, Avropa parlamentinin rəhbərliyi və deputatları, Avropa İttifaqı komissarları, eləcə də media rəhbərləri və siyasətçilər iştirak edirlər. Forumda həmçinin ABŞ Respublikaçılar partiyasının rəhbərliyi, senatorlar və konqresmenlər də iştirak edir.
Forumun əsas müzakirə mövzuları dünyada mövcud olan iqtisadi problemlər, Rusiya Ukrayna müharibəsi, Avropanın təhlükəsizlik məsələləri və s.-dən ibarətdir.
May ayının 16-da isə Beynəlxalq Demokrat İttifaqının hər üç ildən bir keçirilən növbəti qurulatayı olacaqdır. Qurultayda BDİ-nin sədrliyinə və digər rəhbər orqanlara seçkilər keçiriləcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol