Sosial şəbəkədə biz:

Mehriban Xanlarova bədii rəhbəri HƏDƏLƏDİ: "Sənə 24 saat vaxt veririk!"

"Sənə son 24 saat vaxt veririk! Əgər bu müddət ərzində çıxıb üzr istəməsən, həmin hadisəni ictimaiyyətə açıqlayacağam!”.

Bu sözləri sosial media hesabında Əməkdar artist Mehriban Xanlarova yazıb.

O, Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadəyə xəbərdarlıq edib:

“Mehriban Ələkbərzadə, artıq bir aydır səni səssiz və təmkinlə gözləyirik ki, vicdanınla baş-başa qalacaq, cəsarətini toplayaraq şəhid qızı Məsmə Aslanqızından üzr İstəyəcəksən. Nə üçün üzr istəməli olduğunu sən çox yaxşı bilirsən. Bu susqunluq artıq qəbuledilməzdir! Sənə son 24 saat vaxt veririk! Əgər bu müddət ərzində çıxıb üzr istəməsən, həmin hadisəni ictimaiyyətə açıqlayacağam!”.

Xatırladaq ki, Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, Məsmə Aslanqızına “Az, 20 Yanvar var? Qurtardı 20 Yanvar söhbəti! 20 Yanvar şəhidləri dəbdə deyil!” sözlərini deyib.

Məsələyə münasibət öyrənmək üçün tetarla əlaqə saxladıq. Bildirildi ki, bu barədə hər hansə açıqlama olmayacaq.

BakuPost


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol