Sosial şəbəkədə biz:

2 298 nəfərin Azərbaycandan çıxışına qadağa qoyulub

Ötən il alimenti ödəməyən 2 298 şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, 2024-cü il ərzində 113 806 aliment işi üzrə mütəmadi və ya müəyyən gecikmələrlə aliment ödənilib, 4 974 iş üzrə ödəniş edilməyib.

Nazirlikdən verilən məlumata görə, alimentin qərəzli şəkildə ödənilməməsinə görə borclular inzibati və cinayət məsuliyyətinə cəlb edilirlər.

2025-ci ilin birinci rübü üzrə aliment ödəyənlərin sayı 115 265 nəfər, ödəməyənlərin sayı 5731 nəfər olub.

2025-ci ilin birinci rübündə aliment ödəməkdən qərəzli şəkildə yayınan şəxslər barəsində inzibati və cinayət hüquqi təsirli tədbirlər görülüb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol