Sosial şəbəkədə biz:

Baş Prokurorluq 12 biznesmenin həbsinə sanksiya verdi

DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan sahibkarların 12-si nəfəri barədə həbs-qətimkan tədbiri seçilib. Bu məlumatı virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr verib. Məlumata görə, sabah adı banklardan kredit kimi götürülmüş pulların mənimsənilməsi işində keçən daha 6 iş adamının Baş Prokurorluğun sanksiyası ilə həbs ediləcəyi gözlənilir. Xatırladaq ki, son bir neçə həftə ərzində Azərbaycanda oliqarxların həbs dalğası həyata keçirilib. Həbs edilən oliqarxlar Azərbaycan Beynəlxalq Bankından kredit qismində götürdükləri pulları talan etməkdə və mənimsəməkdə ittiham olunurlar.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol