Sosial şəbəkədə biz:

5 iri bank maxinasiyaya görə 5 milyard dollar ödəməli olacaq

Beş iri beynəlxalq bank öz aralarında sövdələşərək valyuta kursları ilə maxinasiya həyata keçirdiklərinə görə 5 milyard dollardan çox cərimə ödəməli olacaq. Virtualaz.org saytı xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Departamenti məlumat yayıb. Sövdələşmədə iştirak edənlər Amerikanın “JPMorgan” və “Citigroup”, Britaniyanın “Barclays”, Şotlandiyanın “Royal Bank of Scotland” (RBS) və İsveçrənin UBS banklarıdır. Onlar öz əməllərini etiraf ediblər və ABŞ hakimiyyəti ilə 5 milyard dollar cərimənin ödənilməsini razılaşdırıblar. Bankların ödəyəcəkləri məbləğ cəmi 5,6 milyard dollardır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol