Fikrət Məmmədov məhkəmə sistemindən kənarlaşdırılan hakimlərdən yazdı
                                Azərbaycanda 70-dən çox məhkəmə hakimi məhkəmə sistemindən kənarlaşdırılıb.
Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd olunub. Bildirilib ki, ötən illərdə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər barədə 192 intizam icraatı başlanılıb, vətəndaşların haqlı şikayətlərini doğuran kobud pozuntulara yol verdiklərinə və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.
Bundan əlavə, aşkarlanan korrupsiya hüquqpozmalarına görə 25 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən onlardan 6 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 4 nəfər aşağı vəzifəyə keçirilib.
                            
                            
                            
                         
                     
             
                                    