Sosial şəbəkədə biz:

Jurnalist qəzaya düşdü 

Azinforum.az-ın məlumatına görə, Hafta.az saytının müxbiri Əli Rais Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri pansionatında yanan binanın sakinləri üçün ayrılmış otaqlar və kotteclərdəki şəraitlə tanış olmaq üçün oraya yollanıb. Lakin əməkdaşımız hadisə yerinə çatmadan qəzaya uğrayıb. 172 nömrəli avtobus Binə yolunda digər avtobusla toqquşub. Qəza nəticəsində avtobusun şüşələri tamamilə sınıb. Əməkdaşımız bütün sınan şüşələrin arasında qalıb. O, yüngül xəsarətlərlə hadisədən qurtula bilib. Lakin sınan şüşənin yanında əyləşən sərnişinlər yüngül xəsarətlər alıb. Əməkdaşımızın səhhəti hal-hazırda yaxşı olsa da, o, üzərindəki şüşə qırıntılarından təmizlənməyə çalışır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol