Sosial şəbəkədə biz:

Mərkəzdə də “penoplast”ların sökülməsinə başlanıldı- Fotolar

Binəqədi rayonunda baş verən yanğından sonra paytaxtın digər rayonlarında da “penoplast” üzlüklərin sökülməsi iki gündür ki, davam edir. Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün Nərimanov rayonunda da binalarda üzlüklərin sökülməsinə başlanılıb. Heydər Əliyev Mərkəzinin yaxınlığında, Təbriz prospektində yerləşən 9 mərtəbəli yaşayış binasında artıq üzlüklər sökülür. Məlumata görə, binalardakı üzlüklər tamamilə çıxarılacaq. Nərimanov metrostansiyası ətrafında 45 binanın üzlüklərdən təmizlənməsi planlaşdırılır. Yaxınlıqda “penoplast” üzlüklər olsa da, söküntü aparılmayan binaları isə 24 saat polis əməkdaşları mühafizə edir. Hazırda Təbriz küçəsi 11 və 136 ünvanlarından yerləşən binalardan söküntü fotolarını təqdim edirik.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol