Sosial şəbəkədə biz:

Türkiyədə 13165 FETÖ-çü tutulub

24 July 2016, 10:31
Gündəm
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra 13 min 165 nəfər saxlanılıb. AzVision.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 23-də xalqa müraciəti zamanı bildirib. Prezident Ərdoğan qeyd edib ki, saxlanılan şəxslərdən 8 min 838 nəfəri əsgər, 2 min 101-nəfəri hakim və prokuror, 1485 nəfəri polis, 52 nəfəri mülki idarə rəisi, 689 nəfəri isə mülki vətəndaşdır. “5 min 863 nəfər, o cümlədən 123 general, 282 rütbəli polis işçisi, 1559 hakim və prokuror saxlanılaraq həbs edilib. Hazırda digərlərinin dindirilməsi davam edir”-deyə Ərdoğan qeyd edib. Türkiyə prezidenti çıxışı zamanı xalqı ölkədəki vəziyyətə təmkin