Sosial şəbəkədə biz:

Azərbaycanda iş yerinə dair arayış verəcək orqan müəyyənləşib

24 July 2016, 10:41
Gündəm
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin sayı artıb. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Elektron xidmət növlərinin Siyahısı”na etdiyi dəyişiklikdə əksini tapıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin siyahısına iş yerinə dair arayışın verilməsi daxil edilib. Bununla da nazirliyin təqdim etdiyi elektron xidmət növlərinin sayı 37-ə çatıb.