Sosial şəbəkədə biz:

“Azərişıq”dan yanan bina ilə bağlı böyük jest

Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı “Azərişıq” ASC qərar qəbul edib.Qafqazinfo” xəbər verir ki, zərəçəkənlərə öz dəstəyini göstərmək üçün “Azərişıq” ASC rəhbərliyi tərəfindən xüsusi qərar qəbul edilib. Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası sakinlərinin bütün elektrik borcları Səhimdar Cəmiyyətin hesabına ödənilib. Yanmış binanın sakinləri qarşıdakı aylarda da məskunlaşacaqları istənilən yerlərdə elektrik  haqlarından azad ediləcək və həyatları normal axara düşənə qədər “Azərişıq” ASC bu abonentlərin bütün elektrik sərfiyyat xərclərini öz üzərinə götürür.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol